11 noyabr 2014 16:30
Aslan Kərimov: Əvəzlənən milli üzvlərini biz özümüz göndərmişik
Futbol üzrə Azərbaycan yığmasının məşqçisi Aslan Kərimov gənclərdən ibarət millimizə qarşı keçirilmiş yoxlama oyununda əvəzlənmiş futbolçuların matçın bitməsini gözləmədən arenanı tərk etməsinə münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Həmin oyunçuları biz özümüz AFFA-nın Akademiyasına yola saldıq. Çünki onların burada bərpa prosesi keçməsi, masaj olunması lazım idi. Həm də stadionda hava soyuq idi və bu, bərpa prosesinə çətinlik yaradırdı. Qalanlar isə sadəcə, oyuna baxmaq istəyənlər idi. Həm də zədə olacağı halda, onların yenidən meydana çıxması mümkün idi. Ona görə də komandada intizam pozuntusundan söhbət belə gedə bilməz".
