11 noyabr 2014 16:05
Rəhman Hacıyev Super Liqa klubuna keçə bilər
Futbol üzrə Azərbaycan yığmasının və Türkiyənin "Qaziantep BB" klubunun yarımmüdafiəçisi Rəhman Hacıyev qışda iş yerini dəyişə bilər. Azerisport.az xəbər verir ki, qardaş ölkənin PTT 1-ci Liqasında top qovan futbolçumuza hazırda bir sıra klublardan dəvət var.
Onunla maraqlanan klubların arasında Türkiyə Super Liqasında çıxış edən komandaların da olduğu bildirilir.
