11 noyabr 2014 15:55
Kamran Quliyev: Sumqayıt bilet də alıb və Naxçıvana getməyə hazırdı
"Sumqayıt"ın prezidenti Kamran Quliyev bəyan edib ki, onun komandası Topaz Premyer Liqasının 12-ci turu çərçivəsində qarşılaşmalı olduğu "Araz Naxçıvan"la oyun üçün Naxçıvana yollanmağa hazırdı. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Araz Naxçıvan"la səfər oyununa hazırlığımız davam edir. Artıq futbolçulara biletlər də alııb. "Araz Naxçıvan"ın çempionatda çıxışını tam dayandırdığını rəsmi olaraq bizə heç kim deməyib".
