11 noyabr 2014 15:45
İnterlə Simurq yoxlama matçı keçirəcək
Topaz Premyer Liqasında milli komandalara görə yaranan fasilədən istifadə etməyə çalışan "İnter" və "Simurq" klubları yoxlama oyununda üz-üzə gələcək. Azerisport.az xəbər verir ki, sözügedən oyun noyabrın 13-də "İnter Arena"da baş tutacaq.
Matçın saat 17:00-da start götürməsi nəzərdə tutulub.
