11 noyabr 2014 14:40
Rəqiblərimizin nümayəndələri millimizin oyununda
AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində noyabrın 16-da, saat 21:00-da, "Bakcell Arena"da keçiriləcək Azərbaycan – Norveç oyununu millimizin mübarizə apardığı H qrupundakı digər komandaların da nümayəndələri izləyəcək. Azerisport.az xəbər verir ki, Xorvatiyadan Andrey Panandis və İtaliyadan Françesko Rossa noyabrın 16-da "Bakcell Arena"da olacaqlar. (AFFA)
