11 noyabr 2014 13:50
Yohansen: Azərbaycanla oyunda müdafiədə oturmağa ehtiyac yoxdu
AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Azərbaycanla qarşılaşacaq Norveç yığmasının futbolçusu Stefan Yohansen maraqlı açıqlamalar verib. Azerisport.az xəbər verir ki, Şotlandiya "Seltik"inin yarımmüdafiəçisi millimizlə oyunda ancaq qələbə və 3 xal barədə düşündüklərini deyib:
"İlk olaraq Estoniya ilə yoxlama matçı keçirəcəyik. Sonra isə Azərbaycanla seçmə mərhələ oyununda qarşılaşacağıq. Hesab edirəm ki, bazar günü keçirəcəyimiz oyunda müdafiədə oturmağımıza ehtiyac yoxdu. Hədəfimiz orada 3 xal qazanmaqdı. İndi yığışmışıq və həmin matça hazırlaşırıq. Hazırda bizdə bəzi məlumatlar var, amma rəqiblə bağlı daha çox məlumat öyrənəcəyik və ötən matçdakı kimi, yaxşı hazırlaşacağıq".
