1-ci divizion klublarına sərt cəzalar
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra futbol üzrə Azərbaycan 1-ci divizionunun 10-cu turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub.
8-ci turun təxirə salınmış görüşü “Bakılı” – “Şuşa” matçında “Bakılı”nın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub. Oyunun 52-ci dəqiqəsində “Bakılı”nın futbolçusu Fərid Namazov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klubu 200 manat cərimə olunub.
“Mil-Muğan” – “Şuşa” matçının 90+2-ci dəqiqəsində “Mil-Muğan”ın futbolçusu Elnur Soltanlı ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub.
“Kəpəz” – MOİK matçının 32-ci dəqiqəsində MOİK-in baş məşqçisi Namiq Adilov və oyunun 80-ci dəqiqəsində “Kəpəz”in məşqiçisi Anar Kələntərov texniki zona qaydalarını pozduqlarına görə meydandan kənarlaşdırıldıqları üçün hər ikisi 1 oyun cəzalanıb, klublar 100 manat cərimə olunub.
“Bakılı” – “Ağsu” matçı başa çatdıqdan sonra “Bakılı”nın inzibatçısı Rövşən Mustafayev hakimlər briqadasını təhqir etdiyinə görə 5 oyun cəzalanıb, klubu 500 manat cərimə olunub.
“Qaradağ Lökbatan” – “Lokomotiv” matçında “Lokomotiv”in 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub.
“Şahdağ” – “Neftçala” matçında “Şahdağ”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub. Oyunun 64-cü dəqiqəsində “Şahdağ”ın futbolçusu Elmar Yahyabəyov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klubu 200 manat cərimə olunub. Oyununun 90-cı dəqiqəsində “Şahdağ”ın futbolçusu Faiq Ağarəhimov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub.
