11 noyabr 2014 12:18
Qarabağın futbolçusu milli komandamızın rəqibinə qarşı
Yoxlama matçı çərçivəsində Fransa və İtaliya ilə qarşılaşacaq Albaniya millisinin heyəti açıqlanıb. Azerisport.az xəbər verir ki, 27 nəfərlik siyahıda "Qarabağ"ın sol cinah müdafiəçisi Ansi Aqolli də var.
Albaniya millisi oktyabrın 14-də Fransa, 18-də isə İtaliya yığması ilə üz-üzə gələcək. Əgər komandanın italiyalı baş məşqçisi Canni De Byasi şans verərsə, Aqolli həmin oyunlarda meydana çıxa biləcək.
Qeyd edək ki, İtaliya AÇ-2016-nın seçmə mərhələsində Azərbaycan millisinin rəqibidi. Yığmamız ilk oyunda həmin komandaya 1:2 hesabı ilə uduzub.
