11 noyabr 2014 12:07
Şteffen Haqen: Azərbaycanı məğlub etmək çətin olacaq
Futbol üzrə Norveç yığmasının müdafiəçisi Şteffen Haqen AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Azərbaycana qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Biz seçmə mərhələyə yaxşı başlamışıq. İndi bu tempdə də davam etməyimiz lazımdı. Bunun üçün də növbəti oyunda Azərbaycana qalib gəlməliyik. Amma bu, çox çətin olacaq".
