"Azərbaycana ikinci qolu vurmağa borclu idik"
19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsi çərçivəsində Azərbaycanla qarşılaşan Macarıstan yığmasının baş məşqçisi İstvan Pisont oyunla bağlı fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, evdəki 1:1 hesablı heç-heçəni belə şərh edib:
"Birinci hissədə səbrli oyun nümayiş etdirdik və güclü müdafiə olunmaqla, rəqibin qarşısını kəsməyə çalışdıq. Düzdü, müdafiəmizdə elə də çatışmazlıqlar olmadı, amma daha bütöv olmalıydıq. Əvvəla, cinahları yaxşı qorumağa çalışdıq, amma bu cəhdimiz elə də effektli alınmadı. İkinci hissədə azərbaycanlılara qarşı daha cəsarətli oynadıq. Bundan yaxşı istifadə edib, ikinci qolu vurmalı idik. Amma təəssüf ki, öz qapımızdan qol buraxdıq. Çalışacağıq ki, növbəti matçda daha yaxşı iş görək".
