11 noyabr 2014 11:34

Pavol Farkaş: Azərbaycanda bunu gözləmirdim

"Qəbələ"nin slovakiyalı müdafiəçisi Pavol Farkaş ölkəsinin mətbuatına müsahibə verib. Azerisport.az sizi sözügedən futbolçunun açıqlamaları ilə tanış edir.

"Bura gəldiyimə görə qətiyyən peşman deyiləm. Azərbaycanda oynamağımı geriyə addım hesab etmirəm. Mənim üçün yeganə təəssüfləndirici məqam A Seriyasında möhkəmlənə bilməməyimdi. Amma həmişə irəliyə baxmaq lazımdı".

Farkaş Azərbaycanın slovaklar üçün o qədər də tanınmış ölkə olmadığını etiraf edib: "Burada tam fərqli mədəniyyət, mentalitet var. Azərbaycanın müasir ölkə olması doğrudumu? Tam olmasa da, elədi. Paytaxt çox gözəldi. Bakı gündən-günə yenilənir. Amma digər şəhərlər barədə eyni sözləri demək çətindi".

"Qəbələ"nin futbolçusu Azərbaycanda bu idman növünün inkişaf etdiyini dilə gətirib: "Fikrimcə, burada inkişaf var. "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki çıxışı buna əyani sübutdu. Klubların iqtisadi vəziyyəti də kifayət qədər yaxşıdı, hətta deyərdim ki, məni təəccübləndirdi. Mən bunu gözləmirdim".

"Buradakı stadionlar normal vəziyyətdədi. Amma böyük azarkeş marağının olduğunu deməzdim. Qəbələdəki oyunlarımıza 2-3 min azarkeş gəlir".

"Qəbələ" hazırda çempionatda dördüncü yerdə getsə də, şəraitinə görə Azərbaycanın ən yaxşı klublarından biridi. Bazamızda əla qazona malik yeddi meydança var. Biz futbolçulara yalnız məşq və oyunlara köklənmək qalır".

"Yığma haqda düşünürəmmi? Əlbəttə. Slovakiya yığmasının müdafiəçi baxımından seçim imkanı çox olsa da, mən istənilən halda əsas millidə oynamaq üçün mübarizə aparıram".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.