11 noyabr 2014 11:23
Erat oynadı, komandası 3 xal qazandı
Almaniya ikinci Bundesliqasında 13-cü turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Toğrul Eratın şərəfini qoruduğu Düsseldorf "Fortuna"sı da növbəti matçına çıxıb.
Sözügedən komanda səfərdə "Münhen 1860"la qarşlaşıb. Görüş qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb. Ehtiyat oyunçular skamyasında əyləşən Erat isə 53-cü dəqiqədə meydana çıxıb və sona qədər mübarizə aparıb.
Qeyd edək ki, "Fortuna" hazırda 24 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.
