Xəzər Lənkəranın legioneri sıradan çıxdı
Milli komandaların toplanışı ilə əlaqədar ölkə çempionatında yaranan fasilə müddətində Bakıda hazırlığına start verən “Xəzər Lənkəran” noyabrın 5-dən etibarən məşqlərini paytaxtda davam etdirməkdədi. Azerisport.az xəbər verir ki, gündə iki dəfə olmaqla, səhərlər fiziki, axşam məşqində isə taktiki planda keçirilən məşqlərdə iki futbolçu - Cahangir Həsənzadə və Ağabala Ramazanov tam olaraq iştirak edə bilmir.
Adıçəkilən futbolçular hazırda yüngül çalışmalarla xüsusi planda zədələrini sağaltmağa cəlb olunublar. Son məşqdə Adrian Skarlatakenin ciddi zədələnməsi isə məşqçilər korpusunu qayğılandıran əsas məqamdı. Rumıniyalı futbolçu əzələ yırtığı səbəbi ilə üç həftə komandaya kömək edə bilməyəcək.
Bu arada “Xəzər Lənkəran” hazırlıq prosesində AZAL klubu ilə yoxlama oyunu keçirəcək. Yoxlama oyunu noyabrın 12-də saat 16:00-da "AZAL Arena"da start götürəcək. (klub saytı)
