11 noyabr 2014 11:01
“Məğlubiyyətsiz başlamaq vacib idi”
19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsi çərçivəsində Macarıstanla qarşılaşan yığmamızın baş məşqçisi Nikolay Adam oyunla bağlı fikirlərini bildirib. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
“Seçmə mərhələyə məğlubiyyətsiz başlamaq vacib idi. Şadam ki, bu vacib işin öhdəsindən gəldik. İkinci hissənin ortalarında Elnur Cəfərovu dəyişməklə taktiki dəyişikliyə də əl atdıq. Ümumiyyətlə, dəyişikliklər oyunun tərkib hissəsidi. Həmin vaxt hesabda geridə idik. Nəyisə dəyişməyimiz lazım idi. Nəticədə cavab qolunu vura bildik”. (AFFA)
