11 noyabr 2014 00:15
Millimiz FİFA reytinqində 11-cidi
FİFA futzal üzrə yığma komandaların yeni reytinq cədvəlini açıqlayıb. Azerisport.az xəbər verir ki, millimiz yeni siyahıda 11-ci yerdə qərarlaşıb.
Komandamızın hesabında 1391 reytinq xalı var. Avropa çempionatının seçmə mərhələsindəki rəqiblərimiz olan Ukrayna 8-ci (1472), Belçika 28-cidi (1197).
Yığmamızın potensial rəqiblərinə gəlincə, Yunanıstan 52-ci (932), Danimarka 60-cı (883), Bolqarıstan 79-cu (750). Cəbəllürariq isə ilk yüzlükdən kənardadı (593).
