10 noyabr 2014 20:00
Branimir Subaşiç oynadı, komandası qalib gəldi
Futbol üzrə Türkiyə PTT 1-ci Liqasında 9-cu turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq hücumçusu Branimir Subaşiçin şərəfini qoruduğu "Manisaspor" da növbəti matçına çıxıb.
Onun komandası doğma meydanda "Orduspor"la qarşılaşıb və 1:0 hesablı qələbəyə sevinib. Subaşiç start heyətdə meydana çıxsa da, 82-ci dəqiqədə əvəzlənib.
Qeyd edək ki, "Manisaspor" hazırda 7 xalla 16-cı yerdə qərarlaşıb.
