10 noyabr 2014 18:50
Azərbaycan Macarıstan ilə üz-üzə
Bu gün 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Avropa çempionatının ilkin seçmə mərhələsində ilk oyununu keçirəcək. Azerisport.az xəbər verir ki, komandamız Dunaujvaroş şəhərində Macarıstan yığması ilə qarşılaşacaq.
Oyun Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Qarşılaşmaya təyinatları diqqətinizə çatdırırıq:
Baş hakim: John Beaton (Şotlandiya)
Baş hakimn köməkçiləri: Graeme Styuart (Şotlandiya), David Morhaim (İsrail)
Dördüncü hakim: Eli Hacmon (İsrail)
