10 noyabr 2014 14:30
Rail Məlikov millinin yeni baş məşqçisindən dəvətə ümid edir
Türkiyənin "Dənizlispor" klubunun azərbaycanlı futbolçusu Rail Məlikov PTT 1-ci Liqanın 9-cu turunda "Adanaspor"a qarşı keçirdikləri oyundan (2:1) danışıb. Azerisport.az saytına açıqlamasıda o, bunları söyləyib:
"Hesab 1:1 olanda komanda yoldaşlarımdan biri zədələndi. Bu üzdən baş məşqçi məni meydana buraxmalı oldu. Niyəsini bilmirəm, amma ondan əvvəlki oyunlarda mənə ehtiyac duymurdu. Görüşü azlıqda başa vursaq da, qalib gəlməyi bacardıq. Fikrimcə, özümü yaxşı tərəfdən göstərə bildim. Bundan sonrakı oyunlarda tez-tez meydana çıxmaq istəyirəm. Ümid edirəm ki, yeni baş məşqçi gələndən sonra Azərbaycan yığmasına da dəvət almaq şansı qazanacam".
