10 noyabr 2014 14:05
Əliyar Ağayev Ukrayna - Litva oyununa təyinat aldı
Azərbaycanlı FİFA referisi Əliyar Ağayev yeni təyinat alıb. Azerisport.az xəbər verir ki, o, Ukrayna və Litva yığmaları arasında keçiriləcək yoxlama oyununu idarə edəcək.
Ona digər azərbaycanlı hakimlər Zeynal Zeynalovla Namiq Hüseynov kömək edəcək.
Qeyd edək ki, Ukrayna - Litva oyunu noyabrın 18-də keçiriləcək.
