10 noyabr 2014 13:30
Qarabağın rəqibi baş məşqçisiz qala bilər
Azərbaycan çempionu "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsi çərçivəsindəki rəqibi olan İtaliya "İnter"i baş məşqçisiz qala bilər. Azerisport.az xəbər verir ki, klub rəhbərliyi baş məşqçi Valter Matsarinin fəaliyyətindən kəskin narazıdı və onu başqasıyla əvəzləmək haqda düşünməyə başlayıb.
Bunu "İnter"in prezidenti Erik Tohir də təsdiqləyib. O, son turda "Verona" ilə ev oyunundakı xal itkisindən (2:2) sonra baş məşqçi məsələsini ən qısa zamanda həll edəcəklərini açıqlayıb.
Qeyd edək ki, "Qarabağ"ın rəqibi hazırda 16 xalla 9-cu yerdə gedir. Bu komanda dekabrın 11-də Bakıda Azərbaycan çempionunun qonağı olacaq.
