10 noyabr 2014 13:00
Amit oynamadı, komandası xal itirdi
Portuqaliya çempionatının 2-ci Liqasında (Segunda Liga) 15-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçu Amit Quluzadənin komandası "Atletiko" doğma arenada "Farense" ilə üz-üzə gəlib.
Oyun 1:1 hesablı bərabərliklə başa çatıb. Ötən tur start heyətdə meydana çıxan və 45 dəqiqə mübarizə aparan Quluzadənin adı bu matçın iştirak ərizəsinə daxil edilməyib.
Qeyd edək ki, hazırda "Atletiko" 16 xalla turnir cədvəlinin 19-ci pilləsində qərarlaşıb.
