10 noyabr 2014 12:50
Karşıyaka Şükürovsuz məğlub oldu
Türkiyə PTT 1-ci Liqasında 9-cu turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Mahir Şükürovun çıxış etdiyi “Karşıyaka” səfərdə “Adana Dəmirspor”la üz-üzə gəlib.
Görüş qonaq komandanın 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb. Hazırda yığmamızın heyətində yer alan Şükürov isə bu matçda komandasına kömək edə bilməyib.
Qeyd edək ki, "Karşıyaka" hazırda 11 xalla turnir cədvəlinin 10-cu pilləsində qərarlaşır.
