10 noyabr 2014 12:20
Hacıyev də gəldi
AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Norveç yığması ilə qarşılaşacaq Azərbaycan milli komandasının noyabrın 4-dən etibarən Bakıda təlim-məşq toplanışı keçirilir. Azerisport.az xəbər verir ki, toplanışa daha bir futbolçu qatılıb.
Bu, Türkiyə PTT1-ci Liqasında mübarizə aparan "Qaziantep BB" klubunun futbolçusu Rəhman Hacıyevdi. O, əvvəlcədən də planlaşdırıldığı kimi, bu gündən komandaya qoşulub.
Qeyd edək ki, həmin qarşılaşma noyabrın 16-da, saat 21:00-da, “Bakcell Arena”da keçiriləcək. (AFFA)
