10 noyabr 2014 12:10
Yığmamızın baş məşqçi postuna namizəd klubundan ayrıldı
Futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi postuna namizəd olan bosniyalı mütəxəssis Vahid Halilhodziç işsiz qalıb. Azerisport.az xəbər verir ki, o, çalışdığı Türkiyənin "Trabzonspor" klubunun rəhbərliyi ilə görüşdən sonra postunu tərk etməyə qərar verib.
Buna onunla futbolçular arasındakı münasibətlərin gərgin olması səbəb göstərilir.
Qeyd edək ki, AFFA rəhbərliyinin Halilhodziçlə yığmamıza mümkün gəlişi barədə danışıqları olub.
