10 noyabr 2014 12:00

Rahid Əmirquliyev: Norveçə qalib gəlməkdən başqa çıxış yolumuz yoxdu

Futbol üzrə Azərbaycan yığmasının və "Xəzər Lənkəran"ın yarımmüdafiəçisi Rahid Əmirquliyevin azerisport.az saytına müsahibəsi

- Azərbaycanın gənclərdən ibarət yığması üzərində qazandığınız qələbə (4:2) ilə bağlı nə deyə bilərsiz?
- Bu oyunu gərgin məşq prosesi fonunda keçirdik. Fikrimcə, pis alınmadı. Əsas tatkiki gedişlər üzərində çalışmaq idi. Bu oyun bizim Norveçlə oyuna daha yaxşı hazırlaşmağımıza kömək edəcək.

- Komandada atmosfer nə dərəcədə dəyişib?
- Yığmada atmosfer həmişə yaxşı olub. Biz bütün matçlara yüksək səviyyədə hazırlaşmışıq. Bu dəfə də elə olacaq. Xüsusi heç nə dəyişməyib.

- Berti Foqtsun gedişi də heç nəyi dəyişməyib?
- Foqtsun dövründə komandada heç bir sərbəstlik yox idi. İndi müəyyən sərbəstlik var.

- Yığma heç də yaxşı günlərini yaşamır. Norveçlə oyunda komandadan nə gözləmək olar?
- Komanda hazırlığı davam etdirir. Daha bir neçə gün vaxtımız var. Meydana 3 xal qazanmaq üçün çıxacağıq. Üç məğlubiyyətdən, xüsusilə, Xorvatiyadakı nəticədən sonra bizim qələbə qazanmaqdan başqa çıxış yolumuz yoxdu.

- "Xəzər Lənkəran" son turlarda artırıb. Bu, yığmadakı çıxışınıza təsir edə bilər?
- Yığmada klubdakı işlərimizi unutmağa çalışırıq. Amma son turlarda komandamız təbii ki, yaxşı nəticələr qazanır. Əsas qələbə qazanmağa davam etməkdi. Yığmada da qələbə seriyasına başlasaydıq, lap yaxşı olardı.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.