10 noyabr 2014 01:25
Qarabağ azarkeşləri 4-cü oldu
Avropa Liqasının 4-cü oyun günündə Ukraynanın "Dnepr" klubu ilə qarşılaşan "Qarabağ"ın azarkeşləri bu dəfə də diqqət mərkəzinə düşüb. Azerisport.az xəbər verir ki, "Qarabağ" - "Dnepr" oyununu 31 000 azarkeş izlədiyindən, Ağdam klubunun azarkeşləri növbəti dəfə TOP 5-də yer alıb.
TOP 5-i təqdim edirik:
1. Sent-Etyen (Fransa) - İnter (İtaliya) - 36 411
2. Sevilya (İspaniya) - Standard (Belçika) - 35 000
3. Everton (İngiltərə) - Lill (Fransa) - 32 000
4. QARABAĞ (AZƏRBAYCAN) - Dnepr (Ukrayna) - 31 000
5. Feyenoord (Hollandiya) - Riyeka (Xorvatiya) - 30 000
