10 noyabr 2014 01:15
Dnepr Şaxtyorla sülhə razılaşdı
Futbol üzrə Ukrayna çempionatında 11-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsində Azərbaycan çempionu "Qarabağ"ın rəqibi olan "Dnepr" də növbəti matçına çıxıb.
Sözügedən komanda səfərdə "Şaxtyor"la qarşılaşıb. Qarşılaşma sülhlə bitib - 0:0.
Qeyd edək ki, "Qarabağ"ın rəqibi 11 turdan sonra 26 xalla 2-ci yerdə qərarlaşıb.
