10 noyabr 2014 00:55

Mahir Şükürov: Tsiklin əvvəli göstərdi ki, Foqtsun getmək vaxtıdı

Futbol üzrə Azərbaycan yığmasının və Türkiyənin "Karşıyaka" klubunun müdafiəçisi Mahir Şükürovun azerisport.az saytına müsahibəsi

- Yığmamızın toplanışı necə keçir?
- Yığmamız heç də yaxşı günlərini yaşamır. Komanda baş məşqçisiz qalıb, hələlik, Mahmud Qurbanov çalışdırır. İndiki zamanda təcrübəli futbolçular böyük məsuliyyət daşıyırlar. Mən, Rəşad Sadıqov, Kamran Ağayev hər zaman öz köməyimizi göstərməliyik. Norveçlə oyunda komandanı arxamızca daşımalıyıq.

- İndiki zamanda bu, mümkündü?
- Fikrimcə, biz öz meydanımızda yaxşı oynamalıyıq. Azərbaycanlı uşaqların buna nail olacaq gücdə olduğunu sübut etməliyik.

- Berti Foqstun gedişini necə qarşıladız?
- Mənin onun ünvanına mənfi fikir səsləndirə bilmərəm. Çünki altı il onun rəhbərliyi altında oynamışam. Amma bu tsiklin başlanğıcı göstərdi ki, onun getmək vaxtıdı. Təəssüf ki, Foqts heç vaxt yetirmələrinin fikirlərini eşitmirdi. Həmişə öz bildiyini edirdi.

- Sizcə, Xorvatiya ilə oyunda Şükürovla Vaqif Cavadov meydanda olsaydı, nəticə fərqli ola bilərdi?
- Nəticənin daha yaxşı olacağını iddia edə bilmərəm. Mətbuat və yerli futbol mütəxəssisləri sağ olsunlar ki, öz açıqlamaları ilə bizi dəstəklədilər. Hər halda bizim iştirakımız oyunda nəyisə dəyişə bilərdi. Ən azından üç ötürmə edərdim.

- Bəs sizi niyə yığmaya dəvət etməmişdi?
- İnanın ki, bunun səbəbi Bolqarıstana məğlubiyyət deyildi. Özbəkistanla yoxlama oyununa 15 legioner çağırılmışdı. Mən və Cavadov həmin oyundan sonra legionerlərdənsə, yığmaya yerli futbolçuların çağırılmasının daha yaxşı olacağını demişdik. Rusiya ilə oyundan sonra komandanın toplantısı oldu. Həmin toplantıda Foqts mənimlə Vaqifə niyə elə açıqlama verdiyimizə dair sual ünvanladı. Həmin iclasdan sonra mən onsuz da dəvət gözləmirdim. Xorvatiya ilə oyunun nəticəsi məni çox məyus etdi. Türkiyədə insanların "komandanız niyə belə uduzdu" sualına cavab vermək çətin və üzücü idi.

- "Karşıyaka"da işləriniz necə gedir?
- Komanda hələ istədiyimiz kimi çıxış etmir. Təəssüf ki, ev oyunlarımızı neytral meydanda keçiririk. Bütün ev oyunlarımız İzmirdə baş tutur. Əgər öz meydanımızdakı oyunlara 20-25 min azarkeş gəlirdisə, indi azdı.

- Bəs Mahir Şükürovun?
- Orada Mahir Şükürov yox, azərbaycanlı futbolçu deyə müraciət edirlər. Mən orada öz ölkəmi təmsil edirəm. Çalışıram ki, bunu ən yaxşı şəkildə edim. Fikrimcə, hələ hər şey yaxşıdı. Artıq 2-3 klub mənimlə maraqlanır.

- Təsadüfən Super Liqaya transfer olunmağa hazırlaşmırsız?
- Bəli, mümkündü ki, qış fasiləsindən sonra Super Liqa klubunda çıxış edim. "Karşıyaka"dan Super Liqaya getmək çətin deyil. Çünki oyunlarımızı izləməyə çoxlu menecerlər gəlir. Amma digər tərəfdən klubda mənimlə yeni müqavilə imzalamaq da istəyirlər.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.