10 noyabr 2014 00:25
Qarabağın rəqibi yenə xal itirdi
Futbol üzrə Fransa çempionatında 13-cü turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsində Azərbaycan çempionu "Qarabağ"ın rəqibi olan "Sent-Etyen" də növbəti matçına çıxıb.
Sözügedən komanda doğma meydanda "Monako" ilə qarşılaşıb. 17-ci dəqiqədə hesabda geri düşən ağdamlıların rəqibi 58-ci dəqiqədə məğlubiyyətdən qurtulsa da, bundan artığına gücü çatmayıb və qarşılaşma sülhlə bitib - 1:1. Cavab qolunu Van Volfsvinkel vurub.
Qeyd edək ki, "Qarabağ"ın rəqibi 13 turdan sonra 22 xalla 6-cı yerdə qərarlaşıb.
