10 noyabr 2014 00:15
Ayaz Mehdiyevə ehtiyac duyulmadı
Futbol üzrə Türkiyə PTT 1-ci Liqasında 9-cu turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçu Ayaz Mehdiyevin komandası "Girəsunspor" da növbəti matçına çıxıb.
Sözügedən komanda doğma meydanda "Kayserispor"u qəbul edib. Qarşılaşma 0:0 hesabıyla başa çatıb. Ayaz bu oyunun matçın iştirak ərizəsində yer almayıb.
Qeyd edək ki, "Girəsunspor" 9 oyundan sonra 6 xalla 17-ci yerdə qərarlaşıb.
