10 noyabr 2014 00:05
Rail Məlikov komandasının qələbəsində pay sahibi oldu
Futbol üzrə Türkiyə PTT 1-ci Liqasında 9-cu turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçu Rail Məlikovun komandası "Dənizlispor" da növbəti matçına çıxıb.
Sözügedən komanda doğma meydanda "Adanaspor"u qəbul edib. Qarşılaşma 2:1 hesabıyla meydan sahiblərinin xeyrinə başa çatıb. Rail hesab 1:1 olarkən, 30-cu dəqiqədə meydana çıxıb.
Qeyd edək ki, "Dənizlispor" 9 oyundan sonra 11 xalla 12-ci yerdə qərarlaşıb.
