9 noyabr 2014 21:45
Nazarov darmadağında pay sahibi oldu
Almaniya ikinci Bundesliqasında 13-cü turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Dmitri Nazarovun komandası "Karlsrue" də növbəti matçına çıxıb.
Sözügedən komanda səfərdə "Qroyter Fyurt" ilə qarşılaşıb. Oyun "Karlsrue"nin qələbəsiylə başa çatıb - 3:0.
Nazarov bu oyunda sonadək meydanda olub. O, üçüncü qolun ötürməsini verib.
Qeyd edək ki, Nazarovun komandası hazırda 20 xalla 6-cı yerdə gedir.
