9 noyabr 2014 20:00
İmamverdiyev 45 dəqiqə oynadı
Futbol üzrə Türkiyə PTT 1-ci Liqasında 9-cu turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçu Cavid İmamverdiyevin komandası "Elazığspor" da növbəti matçına çıxıb.
Sözügedən komanda səfərdə "Bucaspor"un qonağı olub. Qarşılaşma 3:0 hesabıyla meydan sahiblərinin xeyrinə başa çatıb. Cavid oyunun 46-cı dəqiqəsində meydana çıxıb.
Qeyd edək ki, "Elazığspor" 9 oyundan sonra 12 xalla 8-ci yerdə qərarlaşıb.
