9 noyabr 2014 19:30
Budakla Cavadov Qaziantep BB-yə xal qazandırdı
Futbol üzrə Türkiyə PTT 1-ci Liqasında 9-cu turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçular - Vaqif Cavadov, Rəhman Hacıyev v Ufuk Budakın komandası "Qaziantep BB" də növbəti matçına çıxıb.
Sözügedən komanda səfərdə "Osmanlıspor"un qonağı olub. Qarşılaşma 2:2 hesabıyla başa çatıb. Budak və Cavadov 90 dəqiqə meydanda olub. Hacıyev isə artıq millimizin düşərgəsindədi.
Qeyd edək ki, "Qaziantep BB" 9 oyundan sonra 8 xalla 15-ci yerdə qərarlaşıb.
