9 noyabr 2014 19:00

Bernard Lippert: Foqtsdan danışmaq istəmirəm

21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Bernard Lippert bu gün əsas millimizə qarşı keçirdikləri yoxlama oyunundan danışıb. Azerisport.az xəbər verir ki, o, 2:4 hesablı yenilgi ilə bağlı öncə bunları söyləyib:

"Bu oyun bizim üçün vacib idi. Qarşıda bizi Malta ilə yoxlama oyunu gözləyir. Bu oyunla həm də Norveçlə görüşə hazırlaşan əsas milliyə yardımçı olduq. Şəxsən mən daha çox öz komandamın oyununa diqqət yetirdiyimdən əsas komandadakı dəyişikliklərə fikir vermirdim. Fikrimcə, biz ikinci hissədə birinciyə nisbətən daha yaxşı oynadıq".

Lippert U-21-ə cəlb olunan yeni milliləşdirilmiş futbolçu - Maksim Demençukla bağlı bunları söyləyib: "Mənə onu azərbaycanlı kimi təqdim ediblər. Oyunu xoşuma gəldi".

Gənclər millimizin çalışdırıcısı qarşıdakı Malta ilə görüşdən də danışıb: "Mənim üçün zəif rəqib yoxdu, zəif hazırlıq var. Biz indi yeni komanda yaratmağa çalışırıq. Bəzi heyət problemlərimiz var. Ona görə də Malta ilə qarşılaşmağa qərar verdik. Malta dişimizə görə rəqibdi".

Bir müddət öncə almaniyalı mütəxəssis istefa verəcəyini açıqlamışdı. O, bu məsələyə də qayıdıb: "Düzdü, istefa vermişdim, amma hələ yığmadayam. Hər şeyə ilin sonunda qərar verəcəyik. Burada çalışmaq xoşuma gəlir. Təklif olsa, yenidən ona baxmağım istisna deyil".

Lippert həmyerlisi Berti Foqtsun millimizdən gedişinə də toxunub: "Foqtsdan danışmaq istəmirəm. O, bu qərarı özü qəbul edib".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.