9 noyabr 2014 17:40
Aslan Kərimov: Norveç ilə oyunda ancaq hücumu və ya müdafiəni düşünməyəcəyik
Futbol üzrə Azərbaycan yığmasının məşqçisi Aslan Kərimov U-21 millimizlə görüşdən danışıb. Azerisport.az xəbər verir ki, o, əsas komandamızın 4:2 hesablı qələbəsi ilə bağlı bunları söyləyib:
"Böyük dəyişikliklər edə bilmədik. Bunu etməyə ehtiyac da yox idi, bu, düzgün olmazdı. Taktiki çalışmalar üzərində işlədik. Norveçlə oyunda ancaq müdafiə və ya hücum haqda düşünməyəcəyik. Balans tapmağa çalışacağıq. Futbolçuları hər bir mövqedə yoxlayacağıq. Dəyişikliklər mümkündü".
