9 noyabr 2014 17:30
Mahir Şükürov: Foqts Vaqif və mənimlə prinsip aparırdı
Futbol üzrə Azərbaycan yığmasının müdafiəçisi Mahir Şükürov millimizin sabiq baş məşqçisi Berti Foqtsun onnunla Vaqif Cavadova dəvət göndərməməsinin səbəblərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Rusiya ilə yoxlama oyunundan sonra Fotqs Vaqiflə mənə narazılığını bildirdi. O, bizim Özbəkistanla qarşılaşmadan sonra yığmada yerli futbolçuların oynamasının daha yaxşı olacağına dair fikrimizdən narazı qalmışdı. Mən onsuz da ondan dəvət gözləmirdim. Çünki 0, bizimlə prinsip aparırdı. Vaqiflə mən Xorvatiya ilə oyunda yığmamıza kömək edə bilərdik".
