9 noyabr 2014 14:20

Rəşad Eyyubov: Norveç Braziliya deyil, onlara qalib gəlmək olar

Futbol üzrə Azərbaycan yığmasının və "Simurq"un futbolçusu Rəşad Eyyubovun azerisport.az saytına müsahibəsi

- "Qarabağ" və "Xəzər Lənkəran"ın sizinlə maraqlandığı barədə xəbərlər doğrudu?
- Birincisi, mənim "Simurq"la müqaviləm var. İkincisi, mənim heç bir klubla danışığım olmayıb. Dediyinizdən də xəbərim yoxdu.

- Deyilənə görə, lənkəranlılar hətta sizə görə 200 min dollar ödəməyə də hazırdılar...
- Mənimlə bu məsələ ilə bağlı heç kim əlaqə saxlamayıb. Bu, doğru məlumat deyil.

- Milliyə çağırılmağınız münasibətilə sizi təbrik edirik. Bu dəvəti gözləyirdiz?
- Sağ olun. Şadam ki, yığmaua dəvət olunmuşam. Bunu hər bir futbolçu arzulayır. Yığmaya dəvət olunduğum üçün qürur duyuram. Artıq bundan sonra hər şey özümdən asılıdı. Əgər özümü yaxşı tərəfdən göstərə bilsəm, Norveçə qarşı oynamaq şansı da qazanacam. Komandamıza faydalı olmaq üçün əlimdən gələni edəcəm.

- Sizcə, yığmamız Norveçə qalib gələcək gücdədi?
- Əlbəttə. Bunun üçün yaxşı şansımız var. Norveç Braziliya yığması deyil ki.

- Razısız ki, sizin "Simurq"da peşəkar futbolçu kimi yetişməyinizdə sabiq baş məşqçiniz Sergey Yuranın böyük rolu oldu? Çünki sizi əsas komandaya məhz o gətirdi, şans verdi...
- Elədi. Onun rəhbərliyi altında debüt etmişəm. Cəmi 17 yaşım vardı. O, mənə çox şey öyrətdi. Yuran özü də hücumçu olmuşdu və bu üzdən mənə yaxşı məsləhətlər verirdi. Ona həmişə minnətdar olacam.

- Siz Odessa "Çernomorets"inin yetirməsisiz. Geri çağırmırlar?
- Ukraynaya qayıtmaq variantı vardı. Təkcə "Çernomorets"dən yox, Xarkov və Kiyev klublarından da maraqlanırdılar. Amma "Simurq"la müqaviləm olduğuna görə getmədim. İndi getmək haqda ümumiyyətlə düşünmürəm. İlk növbədə öz komandama kömək etmək istəyirəm. Burada məni hər şey qane edir.

- "Simurq"un qeyri-sabit çıxışının səbəbi nədi?
- Bu barədə dəqiq nəsə demək çətindi. Həmişə meydana qələbə üçün çıxırıq. Amma hansısa zaman kəsiyində nəsə düz getmir və xal itiririk. Fikrimcə, bizə 3-4 ardıcıl qələbə qazanmaq lazımdı ki, hər şey qaydasına düşsün.

- Hədəf avrokuboklara vəsiqə qazanmaqdı?
- Əlbəttə. Turnir cədvəlində mümkün qədər üst pillələrdə qərarlaşmalıyıq ki, avrokuboklara vəsiqə qazanaq.

- İndiki oyunla buna nail olmaq çətin olmayacaq?
- İndidən avrokubok şansımızı itirdiyimizi deməzdim. Qarşıda hələ çox oyun var. Liderlərlə xal fərqi də çox deyil, bunu aradan qaldıra bilərik.

- Hər məğlubiyyətdən sonra baş məşqçi Georgi Çixradzenin istefası gündəmə gəlir...
- Şəxsən mənim üçün onun istefası yaxşı olmaz. Çünki o, yaxşı məşqçidi və komandanın hər bir üzvü onun qalmasının tərəfdarıdı. Biz Çixradzenin öz sənətini, işini necə sevdiyini görürük. Onun getməsi komanda üçün böyük itki olar. Ona görə də heç kim bunu istəmir.

- Sizcə, yığmamızın sabiq baş məşqçisi Berti Foqtsun boş qalan postuna kim gətirilməlidi?
- Şəxsən mənim üçün yığmanın yeni çalışdırıcısının yerli və ya əcnəbi olmasının fərqi yoxdu. Əsas odu ki, yaxşı məşqçi olsun, yaxşı çalışsın, yığmaya faydalı olsun. Əsas nəticə qazanmaqdı.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.