9 noyabr 2014 13:30
İsrafilovun komandası Selta səfərindən xalla döndü
Futbol üzrə İspaniya La Liqasında 11-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçu Eddi İsrafilovun komandası "Qranada" da növbəti matçına çıxıb.
Sözügedən komanda səfərdə "Selta" ilə qarşılaşıb. Oyun qolsuz başa çatıb. Eddi oyunu ehtiyat oyunçular skamyasından izləyib.
Hazırda İsrafilovun komandası 10 xalla 14-cü yerdə gedir.
