9 noyabr 2014 12:50
Rüfət Dadaşov 90 dəqiqə oynadı, komandası büdrədi
Almaniyanın Cənub Regional Liqasında 17-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Rüfət Dadaşovun komandası - "Saarbryüken" də növbəti matçına çıxıb.
Bu komanda öz meydanında "Vormatiyu Vorms" klubu ilə qarşılaşıb və minimal hesablı məğlubiyyətlə üzləşib. Rüfət bu oyunda 90 dəqiqə meydanda olub.
Qeyd edək ki, Dadaşovun komandası 34 xalla 3-cü yerdə gedir.
