9 noyabr 2014 11:20

Bədavi Hüseynov: Millidə yerli mütəxəssisə şans vermək olar

"Qarabağ"ın müdafiəçisi Bədavi Hüseynovun azerisport.az saytına müsahibəsi

- "Dnepr"ə məğlubiyyətdən sonra özünüzə gələ bilmisiz?
- Bəli. Buna məcburuq. Biz klubdakı işlərimizi unudub, yığmanın növbəti oyununa köklənməliyik. Ukrayna klubu ilə oyunumuz çox çətin keçdi. Məğlubiyyətə baxmayaraq, kifayət qədər layiqli mübarizə apardığımızı düşünürəm. Sadəcə, təcrübəmizin azlığı öz sözünü dedi.

- Demək olar ki, "Dnepr" sizi çox yaxşı analiz etmişdi?
- Bəli, demək olar. Bu dəfə onlar bizə qarşı daha yaxşı oynadılar. Əks-hücumlara çıxmağa imkan vermirdilər. Düzdü, buna rəğmən bəzi əks-hücumlarımız oldu. Sadəcə, onları qola çevirməyi bacarmadıq.

- Razısız ki, Nikola Kaliniçin vurduğu hər iki qolda siz buna imkan verməyə də bilərdiz?
- Kaliniç çox səviyyəli oyunçudu. Ucaboy olsa da, eyni zamanda da cəlddi. Biz ona xüsusi boşluq vermirdik. Amma buna baxmayaraq, hər iki imkandan yararlanaraq qol vura bildi.

- Reynaldonun son vaxtlar gerilədiyini düşünmürsüz?
- Heç nə deyə bilmərəm. O, bütü komanda kimi məşqlərdə sonadək çalışır. Özü də gözəl başa düşür ki, hamı ondan qol gözləyir. Sadəcə, bu futbolçunun dəstəkləmək lazımdı.

- "Sent-Etyen" və "İnter"lə oyunlarınızdan nə gözləyək?
- Qrupumuzdakı son iki oyunumuz ən təhlükəli rəqiblərimizə qarşı olacaq. Amma biz istənilən halda hər iki oyunda maksimum xal toplamaq üçün çalışacağıq.

- Azərbaycan yığmasının Norveçlə oyunundan nə gözləyirsiz?
- Hazırlaşırıq. Çətin olacaq. Norveçlilər asan rəqib deyil. Bütün diqqətimizi bu oyuna yönəltmişik. Azarkeşlərimizi sevindirməyə çalışacağıq.

- Sizcə, millimizi əcnəbi məşqçi çalışdırmalıdı, ya yerli?
- Mənə elə gəlir ki, yerli mütəxəssisə şans vermək olar. Amma kimin gətiriləcəyinə rəhbərlik qərar verir. Bu barədə heç bir söz deyə bilmərəm.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.