9 noyabr 2014 00:10
Neftçidən milli komandaya dəstək
“Neftçi”nin əsas və əvəzedici komandasının üzvləri noyabrın 16-da Azərbaycan – Norveç oyununu izləyəcəklər. Azerisport.az xəbər verir ki, "ağ-qaralar"ın məşqçilər korpusu, inzibati heyət və futbolçular milli komandamıza dəstək olmaq üçün “Bakcell Arena”da olacaqlar.
Avropa çempionatının seçmə mərhələ çərçivəsində keçiriləcək oyun saat 21:00-da başlanacaq. (klub saytı)
