8 noyabr 2014 21:00
Böyükağa Hacıyev: Dnepr təcrübə və düzgün taktika sayəsində qələbə qazandı
"Neftçi"nin sabiq baş məşqçisi Böyükağa Hacıyev azərisport.az saytına müsahibəsində Avroliqanın qrup mərhələsində "Qarabağ" - "Dnepr" görüşü haqda danışıb:
"Qarabağ" səfərdə oynadığı kimi mübarizə aparmadı. Komandamız bu dəfə də yaxşı oynadı. Amma təcrübə və düzgün taktika seçimi "Dnepr"in qələbəsində əsas pay sahibi oldu. Makroviç "Qarabağ"ı düzgün təhlil etmişdi. Onlar Bakıya qələbə üçün gəlmişdilər. Rəqibin heyətində olan futbolçuların səviyyəsi də özünü göstərdi. İkinci hissədə bütövlüklə üstünlük onların əlində idi. Ona görə də komandamız üçün çətin oldu. Bununla belə "Qarabağ"dan son iki avrokubok oyununda uğur gözləyirəm".
