8 noyabr 2014 15:05
Branimir Subaşiç: Norveçlə oyun asan olmayacaq
Futbol üzrə Azərbaycan yığmasının sabiq hücumçusu Branimir Subaşiç AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Norveçlə oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Norveçlə oyun çox çətin olacaq. Rəqib güclü komandadı. Onlara qarşı oynamaq asan olmayacaq. İstənilən halda, komandamız bu görüşdə qələbə qazanacaq gücdədi".
