8 noyabr 2014 14:00

Maksim Medvedev: Dnepr taktikanı dəyişmişdi, ona görə oyunumuz alınmadı

“Qarabağ”ın futbolçusu Maksim Medvedev azerisport.az saytına müsahibəsində Avroliqanın qrup mərhələsində Bakıda “Dnepr”ə məğlub olduqları oyundan danışıb.

- “Qarabağ” ikinci hissədə özünə bənzəmədi. Ümumilikdə, oyun barədə fikirlərini bilmək maraqlı olardı...
- “Dnepr”in Bakıya 3 xal üçün gəldiyini bilirdik. Oyuna da yaxşı hazırlaşmışdıq. Sadəcə, rəqib gözlədiyimizdən yaxşı oynadı. Səfərdəki oyundan fərqli olaraq taktika dəyişmişdi. “Dnepr” ilk dəqiqələrdən hücum futbolu göstərdi. Biz onların belə oyununu gözləmirdik. Buna görə istədiyimizi göstərə bilmədik. İlk hissədə bir-iki şansımız olsa da, həmin vəziyyətləri dəyərləndirmədik. Nəticədə məğlub olduq.

- Bəlkə rəqib “Qarabağ”ı daha yaxşı təhlil edib....
- Bu fikirlə də razılaşmaq olar. Hər zaman meydanda rahat oynamışıq. Bu dəfə ötürmələrdə səhvlərimiz oldu. 90 dəqiqə ərzində səhvlərimiz az olmadı. Futbolda nəticəni səhvlər və dəqiq zərbələr həll edir. “Dnepr” istifadə etdi və 2 qol vurdu.

- Bəlkə “Qarabağ”da arxayınlıq özünü göstərdi...
- Razı deyiləm. Səfərdəki qələbəyə baxmayaraq oyunun çətin olacağı hamıya məlum idi. Biz özümüz də qələbəni unutmuşduq. “Dnepr” Avropanın güclü klublarından biridi. Heyətdə yaxşı futbolçuları var. Belə oyunda arxayınlıq ola bilməzdi.

- Futbolçularımız Konoplyanka və Kaliniçə qarşı oynamaqda çətinlik çəkirdi. Bu, səviyyə fərqidi, yoxsa?
- “Dnepr” iki futbolçudan ibarət deyil. Biz heç kimə qarşı fərdi oynamadıq. Komanda oyunu göstərməyə çalışdıq. Adını çəkdiyiniz futbolçular yüksək səviyyəli oyunçulardı. Sürətli hücumlar qurmaqla bizə problem yaradırdılar. Müəyyən mənada oyunumuzun alınmaması uduzmağımıza səbəb oldu. Rəqibin qol epizodu çox olmadı. Biz buna imkan vermədik.

- İndi “Qarabağ”ın pley-off şansları nisbətən azaldı...
- Biz əvvəldən bu barədə danışmağın əleyhinə olmuşuq. Meydana çıxıb öz oyunumuzu göstərməliyik. Nəticə özü gələcək. Əvvəlcədən pley-offa düşmək barədə düşünmək bizə mane olur.

- Qrupdakı son iki oyunda nəyə ümid etmək olar?
- “Sent-Etyen”lə səfər oyunumuz çətin olacaq. Demək olar ki, ikinci yerin taleyi müəyyən mənada Fransadakı oyundan da asılıdı. Həm səfərdə, həm də evdəki “İnter”lə oyunda yaxşı nəticə qazanmağa çalışmalıyıq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.