8 noyabr 2014 12:55
Bədavi Hüseynov: Azarkeşləri sevindirmək istəyirik
Futbol üzrə Azərbaycan yığmasının və "Qarabağ"ın müdafiəçisi Bədavi Hüseynov AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Norveçə qarşı keçiriləcək oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Bizə "Qaradabğ"ın Ukrayna "Dnepr"inə məğlubiyyətini unutmaq və yığmanın qarşıdakı oyununa köklənmək lazımdı. Bu görüş də bizim üçün çox vacibdi. Azarkeşlərimizi yaxşı nəticə ilə sevindirmək istəyirik".
