8 noyabr 2014 00:35
Rumıniyalı forvard Topaz Premyer Liqasında çıxış edə bilər
Kiprin AEL klubunun rumıniyalı hücumçusu Aleksandru İonita karyerasını Azərbaycanda davam etdirə bilər. Azerisport.az xəbər verir ki, onunla Topaz Premyer Liqasında çıxış edən iki klubumuzun maraqlandığı bildirilir.
Xatırladaq ki, İonita ötən mövsüm yığmamızın sabiq hücumçusu Branimir Subaşiçlə Türkiyənin "Orduspor" klubunda çıxış edib.
