8 noyabr 2014 00:20
Cihan Özkara oynadı, komandası evdə xal itirdi
Futbol üzrə Türkiyə Super Liqasında 9-cu turun oyunlarına start verilib. Azerisport.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Cihan Özkaranın çıxış etdiyi “Sivasspor” doğma arenada “Əskişəhərspor”la üz-üzə gəlib.
Görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb. Futbolçumuz isə oyunun 55-ci dəqiqəsində meydana daxil olub və sona qədər mübarizə aparıb.
Qeyd edək ki, hazırda Sivas təmsilçisi 6 xalla turnir cədvəlinin 17-ci pilləsində qərarlaşır.
