8 noyabr 2014 00:15
Rasim Ramaldanov: Qrup 3-cüsü olmaq istəyiriksə, Norveçə qalib gəlməliyik
Futbol üzrə Azərbaycan yığmasının müdafiəçisi Rasim Ramaldanov AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Norveçə qarşı keçiriləcək oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Evdə oynamalı olsaq da, bizi çətin qarşılaşma gözləyir. Hər halda doğma azarkeşlər qarşısında meydana çıxmağımız bizə əlavə stimul verir. Qrupda üçüncü yeri tutmaq istəyiriksə, mütləq qələbə qazanmalıyıq. Toparlanmaq və Norveçə qalib gəlmək lazımdı".
