Jaba Reynaldonun Avropa Liqasında qol vura bilməməsinin səbəbini açıqladı
"Bakı"nın hücumçusu Jaba "Qarabağ"ın yarımmüdafiəçisi Reynaldonun Avropa Liqasının qrup mərhələsi çərçivəsindəki oyunlarda qol vura bilməməsinin səbəblərindən danışıb. Azerisport.az saytına açıqlamasında o, həmyerlisinin çıxışını belə dəyərləndirib:
"Reynaldo çox yaxşı oyunçudu. O, həmişə qol vurmağa çalışır. Amma bu, hərdən alınır, hərdən də yox. Avropa Liqasının qrup mərhələsində qol vura bilmir. Unutmaq lazım deyil ki, Avroliqa Azərbaycan Premyer Liqasından fərqlənir. Çempionatda qol vurmaq daha asandı, nəinki avrokuboklarda. Ölkə çempionatı altı il əvvəl daha güclü idi, o zaman çempionluq uğrunda bir neçə klub mübarizə aparırdı. İndi isə qızıl medalları iki klub qazanmaq iddiasındadı. Bir daha qeyd edirəm ki, avrokuboklardakı rəqiblər güclüdü, onlara qol vurmaq daha çətindi".
